16:12 - 25.10.2022
25 oktyabr, Fineko/abc.az. Naxçıvana uçuş biletinin qiyməti həqiqətən böyük problemdir.
ABC.AZ Modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin naxçıvanlı deputatı Fazil Mustafa bildirib.
Millət vəkili daha sonra bunları deyib:
“Heç olmasa, qiyməti aşağı salsınlar ki, insanlar sürünə-sürünə də olsa, 5-10 manat tapıb, xəstələrini, ya özlərini istədikləri yerə çatdırsınlar. Naxçıvana uçuş bileti yenə bahadır. İranla yolların çətin olması da yoxsul əhali üçün problem yaradacaq. Bunu düşünən yoxdur. Yenə də deyirəm, AZAL-ın qəlbinə toxunan yoxdur. İstənilən qurum vətəndaşları istədiyi şəkildə istismar edir”.
Deputat sonda əhalinin faydasına olan müsbət bir dəyişikliyi AZAL-dan gözləmədiyini bildirib.
18 Avqust 2026