11:52 - 24.10.2022
24 oktyabr, Fineko/abc.az. Hollandiyanın tibbi cihazlar istehsalçısı "Philips" təşkilati strukturunu optimallaşdırmaq məqsədilə təxminən 4000 işçini ixtisar etməyi planlaşdırır.
İxtisar ötən il 78 000 nəfər təşkil edən şirkətin işçilərinin 5%-dən bir qədər çoxunu əhatə edəcək.
ABC.AZ xəbər verir ki, bu barədə Şirkətin baş direktoru Roy Jacobs açıqlama verib.
O qeyd edib ki, tibbi məhsulların geniş miqyasda geri çağırılması "Philips"in bazar dəyərinin son bir ildə təxminən 70% azalmasına səbəb olub. Bu, oktyabrın əvvəlində vəzifəyə başlayan yeni təyin olunmuş Jacobs-un ilk qərarıdır.
"Philips" üçüncü rübdə faiz, vergi amortizasiyadan əvvəl mənfəətinin (EBITA) 60% azalaraq 209 milyon avroya düşdüyünü açıqlayıb.
Philipsdən bildirilib ki, tədarük çatışmazlığı problemləri gözlənildiyindən qat-qat pisdir və 2022-ci ilin son aylarında satışları ağırlaşdırmağa davam edəcək.
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026