14:53 - 21.10.2022
21 oktyabr, Fineko/abc.az. Cari ilin yanvar-sentyabr aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 157,6 milyon ton yük daşınıb.
Bu barədə ABC.AZ Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir.
Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 12,3 faiz artıb. Yüklərin 57,1 faizi avtomobil, 8,6 faizi dəmir yolu, 3,6 faizi dəniz, 0,2 faizi hava nəqliyyatı, 30,5 faizi isə boru kəməri ilə daşınıb.
18 Avqust 2026