Neftçalada bələdiyyə sədri ərzaq yardımını mənimsədi - Rəsmi

12:23 - 21.10.2022


21 oktyabr, Fineko/abc.az. Neftçala bələdiyyəsinin vəzifəli şəxsləri tərəfindən müxtəlif dövrlərdə pul vəsaitlərinin mənimsənilməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Neftçala rayon prokurorluğundan ABC.AZ-a verilən məlumata görə, araşdırmalarla bələdiyyənin büdcəsindən 3 min 236 manat dəyərində ərzaq yardımının əsassız olaraq silinməsinə, eləcə də ödəniş tapşırığı ilə ərzaq mağazasına köçürülmüş vəsaitin 8 min 600 manat məbləğində hissəsinin bələdiyyə sədri Rövşən Quliyev tərəfindən mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 179.2.3 maddəsi ilə cinayət işi başlanıb.