Neçə dəfə olub ki, taksidən yarı yolda düşmüşəm - Deputat

14:48 - 19.10.2022


19 oktyabr, Fineko/abc.az. "Neçə dəfə olub ki, taksidən yarı yolda düşmüşəm. Çünki, sürücüyə baxırsan, elə bil haradan gəlib".

ABC.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı Məlahət İbrahimqızı BAKU.WS-ə açıqlamasında söyləyib. Deputat bildirib ki, Azərbaycanda fəaliyyət göstərən taksi şirkətlərinə nəzarət olmalıdır:

"Bəzən mətbuatda oxuyuram, görürəm yazırlar ki, ölkədə taksi şirkətlərinin sayını azaltmaq lazımdır, çünki onlar sıxlıq yaradır. Mən bunun tərəfdarı deyiləm. Say azaldılsa, taksi xidmətinin qiyməti qalxacaq. Təklif edirəm ki, taksi şirkətləri üzərində nəzarət güclənsin. Sürücülərin təcrübəsi, mədəniyyəti və məsuliyəti yoxlanılsın".