Laçın hava limanında hansı işlər görülüb?

14:28 - 19.10.2022


19 oktyabr, Fineko/abc.az. Laçın hava limanında torpaq işləri görülür.

ABC.AZ xəbər verir ki, bunu Bakı Ekspo Mərkəzində Trend-ə açıqlamasında "AzVirt" MMC-nin baş direktorunun müşaviri Ceyhun Səfərov deyib.

Onun sözlərinə görə, mürəkkəb relyefinə görə Laçında torpaq işləri çox vaxt aparır.

"Laçın coğrafi mövqeyinə görə mürəkkəb ərazi sayılır. Hesab edirik ki, 2024-cü ilin sonu, 2025-ci ilin əvvəlləri Laçın hava limanında şirkətimiz tərəfindən görülən işlər yekunlaşacaq. Bütün işlərin vaxtında başa çatdırılması üçün var gücümüzlə çalışırıq.

C.Səfərov bildirib ki, şirkət hava limanlarının tikintisində əsas üç istiqamətdə işləyir.

"Bunlar uçuş enmə zolağı, perronun sahəsi və yönəldici yollardır", - deyə o, qeyd edib.