Hansı maşınlara tələbat daha çoxdur?

12:32 - 19.10.2022


19 oktyabr, Fineko/abc.az. Aİ-95 benzinlə işləyən avtomobillərə tələbat o qədər çox olmadığı üçün qiymətlərində, əksinə, ucuzlaşma müşahidə olunur.

ABC.AZ-ın məlumatına görə, bunu avtomobil bazarını araşdıran Sərxan Qədirov bildirib.

O qeyd edib ki, "Chevrolet Cruze" və "Ford Fusion" avtomobillərini buna misal göstərmək olar.

"Bu maşınlarda qiymət artımı yoxdur. Çünki əvvəlki aylarla müqayisədə bu maşınları çox da almırlar. Vətəndaşlar daha çox ekonom maşınlara üz tuturlar.

Bazarda digər modellərlə müqayisədə ən uzuc avtomobillər isə "VAZ"lardır. Rusiya istehsalı olan bu avtomobillər isə 9 min-10 min AZN arası satılır. Nisbətən ili aşağı olanların qiyməti isə 7500-8500 AZN arası dəyişir". Sərxan Qədirovun sözlərinə görə, vətəndaşların almaq istədiyi, lakin baha olduğu üçün ala bilmədiyi modellər isə "Mercedes"lərdir: "Merdeces E-200" modellərinin stabil qiymət artımı 2 min AZN-dir. İki il öncə 16 min AZN-ə bu maşınları almaq mümkün idisə, indi bu qiymət 18-19 min AZN arası dəyişir.

Vətəndaşlara məsləhət görərdim ki, şəhər daxilində sürmək üçün avtomobil alarkən Cənubi Koreya istehsalı olan maşınlara üstünlük versinlər. Həm dizel, həm də benzinlə işləyən bu maşınları almaqdan qorxmasınlar. Bu maşınların ehtiyat hissələri də rahatlıqla tapılır".