Azərbaycanda şirkətlərin sayı 9 faiz artıb

17:40 - 18.10.2022


18 oktyabr, Fineko/abc.az. 2022-ci il oktyabr ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 388 min 382 vergi ödəyicisinin 87,5 faizi fiziki şəxslər, 12,5 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.

ABC.AZ-ın məlumatına görə, Dövlət Vergi Xidmətinin yayddığı məlumata əsasən, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 6,6 faiz, o cümlədən fiziki şəxslərin sayı 6,3 faiz (ümumi artımın 83,2 faizi), hüquqi şəxslərin sayı isə 9,2 faiz (ümumi artımın 16,8 faizi) artıb.

Yanvar-sentyabr aylarında 11 min 515 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,5 faiz çoxdur.

Qeydiyyatdan keçmiş kommersiya qurumlarının 71,3 faizi elektron qaydada, 28,7 faizi kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb, onlardan 2120-nin (ümumi qeydiyyatın 18,4 faizinin) ƏDV-nin məqsədləri üçün qeydiyyata alınması ilkin qeydiyyat proseduru çərçivəsində təmin edilib.

Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 94,6 faiz təşkil edib.