16:55 - 18.10.2022
18 oktyabr, Fineko/abc.az. Dünyanın ən böyük sağlamlıq məhsulları istehsalçılarından biri olan Amerikanın Johnson & Johnson (J&J) şirkətinin xalis mənfəəti ilk doqquz ayda illik müqayisədə 10,7% azalaraq 14 milyard 421 milyon dollar təşkil edib.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, səhm başına mənfəəti bir il əvvəlki 6,04 dollardan 5,41 dollara geriləyib.
Şirkətin hesabat dövründəki cəmi gəlirləri 3,3% artaraq 71 milyard 237 milyon dollar təşkil edib.
J&J-nin üçüncü rübdə xalis mənfəəti illik müqayisədə 21,6% artaraq 4 milyard 458 milyon dollara çatıb. Şirkətin rüb üzrə gəliri illik müqayisədə 1,9% artaraq 23 milyard 791 milyon dollar təşkil edib.
Analitiklər 23 milyard 460 milyon dollar səviyyəsində gəlir gözləyirdilər.
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026