"Lada Vesta"nın istehsalı yenidən bərpa oluna bilər

16:20 - 17.10.2022


17 oktyabr, Fineko/abc.az. "Lada Vesta"nın istehsalının bərpası 2023-cü ilin mart ayına planlaşdırılır.

ABC.AZ xəbər verir ki, bunu AvtoVAZ-ın prezidenti Maksim Sokolov bildirib.

"Gələn il, mart ayında biz flaqman modelimiz Lada Vesta-nın istehsalına başlamalıyıq. Yeri gəlmişkən, yeni Vesta prototipinin ilk kuzovu artıq keçən həftə qaynaq edilib", - o bildirib.