15:21 - 17.10.2022
17 oktyabr, Fineko/abc.az. Prezident İlham Əliyev Elçin Bağırovla bağlı Sərəncam imzalayıb.
ABC.AZ xəbər verir ki, Elçin Tələt oğlu Bağırov Prezidentin Protokol xidmətinin rəisi vəzifəsindən azad edilib.
Dövlət başçısının digər Sərəncamı ilə E. Bağırov Azərbaycanın BƏƏ-dəki fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Qeyd edək ki, daha əvvəl Mahir Əliyev Azərbaycanın BƏƏ-dəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026
8 Avqust 2026