11:32 - 17.10.2022
17 oktyabr, Fineko/abc.az. Sıxlıq və tıxacın aradan qaldırılması məqsədilə Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 16-cı kilometrində, “VAZ dairəsi” kimi adlanan ərazidə yerləşən yol qovşağında hərəkətin təşkili ilə bağlı hazırlanmış layihənin davamı olaraq Saray-Novxanı yolunda daha yaxın məsafədə yeni geridönmə hissə yaradılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) ABC.AZ-a verilən məlumata görə, yeni geridönmə hissə yaxın günlərdə istifadəyə veriləcək.
Bunun üçün əraziyə AAYDA tərəfindən lazımi sayda qüvvə cəlb olunub.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026