Danone şirkəti Rusiya bazarını tərk edir - Biznesini başqa sahibkara ötürəcək

11:06 - 14.10.2022


14 oktyabr, Fineko/abc.az. Fransanın Danone şirkəti Rusiyada süd və tərəvəz istehsalı biznesinə faktiki nəzarətin ötürülməsi prosesinə başlamaq qərarına gəlib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şirkət öz saytında məlumat yayıb.

"Danone şirkəti bu gün Rusiyadakı süd və bitki istehsalı biznesinə faktiki nəzarətin ötürülməsi prosesinə başlamaq qərarını elan edir. Danone hesab edir ki, bu, yerli biznes proseslərinin uzunmüddətli davamlılığını təmin etmək üçün işçiləri, müştəriləri və partnyorları üçün ən yaxşı variantdır”, - "Danone"nin məlumatında deyilir.