“Qarabağ”ın sabiq mətbuat katibi özünə şirkət yaratdı - Foto

10:19 - 12.10.2022


12 oktyabr, Fineko/abc.az. “Qarabağ”ın sabiq mətbuat katibi Nurlan İbrahimov şirkət yaradıb.

ABC.AZ xəbər verir ki, UEFA tərəfindən futbol fəaliyyətinə ömürlük qadağa qoyulan jurnalist özünə yeni şirkət açıb. Şirkət "CanSport Travel&Consulting" adlanır.

Qeyd edək ki, Nurlan İbrahimov 44 günlük Qarabağ müharibəsi dönəmində düşmən ordusunun Gəncəyə atdığı raket nəticəsində dünyasını dəyişən körpələrə görə "Facebook" hesabında ermənilərin ünvanına sərt fikirli paylaşım etdiyi üçün UEFA tərəfindən futbol fəaliyyətinə ömürlük qadağa qoyulub. Klub isə 100 min avro cərimələnib.