15:27 - 11.10.2022
11 oktyabr, Fineko/abc.az "Texnikabank” ASC-nin Müşahidə Şurasının sədri olmuş Etibar Əliyevin ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şixəliyev və İstintaq Baş İdarəsinin ibtidai istintaq idarəsinin 2-ci şöbəsinin rəisi vəzifəsində işləmiş polkovnik-leytenant Vüsal Ələkbərova qarşı qaldırdığı mülki iddia təmin edilib.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsidə hakim Elbəy Allahverdiyevin sədli sədrliyi ilə keçirilən prosesdə elan olunmuş hökmə əsasən, cinayət işi üzrə zərərçəkmiş şəxslər - Əliyev Etibar Mahmud oğlu, həyat yoldaşı Bayramova Esmira Məcid qızı və oğlu Əliyev Kəramət Etibar oğlu tərəfindən qaldırılan mülki iddialar əsaslı hesab olunub.
Hökm qanuni qüvvəyə minərsə, Mövlam Şixəliyev və Vüsal Ələkbərov 3.515.500 manat məbləğində pul vəsaitini, eləcə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 2.547,50 manat məbləğdə dövlət rüsumunu müştərək qaydada ödəyəcəklər.