14:15 - 11.10.2022
11 oktyabr, Fineko/abc.az. Sankt-Peterburqdakı “Nissan” zavodu və şirkətin Moskvadakı satış və marketinq mərkəzi Rusiyanın dövlət mülkiyyətinə keçəcək.
ABC.AZ-ın Rusiya mətbuatına istinadən məlumatına görə, bunu Sənaye və Ticarət Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Nazirlikdən bildirilib ki, müqaviləyə “Nissan Manufacturing Rus”un növbəti altı il ərzində həyata keçirilə biləcək payının geri alınması variantı da daxildir.
Bundan əvvəl, sentyabrın 12-də Sankt-Peterburqdakı Nissan zavodunda dayanma müddətinin 2022-ci ilin sonuna qədər uzadıldığı bildirilmişdi.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026