Bakıdan İstnbula ucuz qiymətə uçuşlar başlayır – Siyahı

11:46 - 11.10.2022


11 oktyabr, Fineko/abc.az. Türk Hava Yolları  şirkəti Azərbaycanın müxtəlif şəhərlərindən İstanbula uçuşlarla bağlı yeni FLY FEST kampaniyasına başlayıb.

ABC.AZ-a daxil olan məlumata görə, kampaniyaya oktyabrın 10-dan başlanıb, oktyabrın 20-dək davam edəcək. 

Aksiya Bakı, Gəncə, Naxçıvan -İstanbul istiqaməti üzrə aviabiletlərə şamil edilir.

Qiymətlər aşağıdakı məbləğlərdən başlayır. 

Bakı-İstanbul-Bakı -360 AZN

Gəncə-İstanbul-Gəncə -310 AZN

Naxçıvan-İstanbul-Naxşıvan -310 AZN

Bu kampaniya çərçivəsində alınan biletlərin tarixi 01.11.2022-31.03.2023 müddətləri arasındadır.