11:03 - 11.10.2022
11 oktyabr, Fineko/abc.az. Dövlət Gömrük Komitəsinin (DGK) sabiq sədri, general-polkovnik Səfər Mehdiyevin özünə və ailəsinə yaxın şirkətlər bağlanıb.
ABC.AZ Qaynarinfo-ya istinadən xəbər verir ki, artıq Səfər Mehdiyevin yaxınlarının adına olan şirkətlər də onların adından çıxarılaraq başqa şəxslərin adına keçirilib. Bəzi şirkətlərdə isə təhvil-təslim işləri aparılır.
Belə şirkətlərdən biri Səfər Mehdiyev tərəfindən yaradılmış "Vadi-4" MMC-dir. Bu şirkət gömrükdə xüsusi imtiyazlara sahib olub. "Vadi-4" karqo daşımaçılıq şirkətidir.
Bu karqo şirkəti məhsulları daha sürətlə gömrükdən keçirə bilib.
"Vadi-4” çuvalları (bir çuvalda 70 bağlama olur) heç bir maneə olmadan daxili anbarlara çatdırır və bir gün sonra müştəriyə təhvil verirmiş. MMC-nin qanuni təmsilçisi Cəfərov Nəsir Məhərrəm oğlu olub. Bu şəxs Səfər Mehdiyevin həmkəndlisi, Naxçıvanın Babək rayonu Nehrəm kəndinin sakini və generalın yaxın qohumudur.
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026