Prezident İlham Əliyev Qırğızıstana səfər edəcək

11:54 - 10.10.2022


10 oktyabr, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 11-12-də Qırğızıstanda dövlət səfərində olacaq.

ABC.AZ xəbər verir ki, bu barədə Qırğızıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Səfər çərçivəsində Sadır Cəfərov İlham Əliyevlə ikitərəfli danışıqlar aparacaq.

Ölkələrin liderləri ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələlərini, həmçinin səmərəli əməkdaşlığın gələcək inkişafı və qurulması perspektivlərini müzakirə edəcəklər.

Səfər çərçivəsində dövlətlərarası şuranın ilk iclasının keçirilməsi də planlaşdırılır.

Bundan əlavə, “Qırğızıstan-Azərbaycan dostluğu” parkı, həmçinin Heydər Əliyev və Nizami Gəncəvi adına orta məktəblərin açılışı nəzərdə tutulub.