10:04 - 5.10.2022
5 oktyabr, Fineko/abc.az. Qubadlı rayonunun sabiq icra başçısı Elxan Nuriyev Polşada həbs edilib.
ABC.AZ Qafqazinfo-ya istinadən xəbər verir ki, Azərbaycan tərəfindən İnterpol xətti ilə beynəlxalq axtarışa verilmiş 1962-ci il təvəllüdlü Elxan Piri oğlu Nuriyev Polşada tutulub.
Hazırda Ukrayna vətəndaşı olan sabiq icra başçısının Azərbaycan CM-nin 120 (Qəsdən adam öldürmə) və 309-cu (Vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham edildiyi və barəsində məhkəmə tərəfindən həbs qərarının çıxarıldığı bildirilib.
Qeyd edək ki, o, 1992-ci ildə mərhum Prezident Əbülfəz Elçibəyin fərmanı ilə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Gəncə qiyamından bir müddət sonra yenidən Ukraynaya qayıdıb.
O, 22 avqust 1993-cü ildə Qubadlı RİH başçısı vəzifəsindən azad edilib.
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026