14:30 - 4.10.2022
4 oktyabr, Fineko/abc.az. Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şixəliyevin ailə üzvlərinə məxsus bir neçə əmlak üzərindən həbs götürülüb.
ABC.AZ-ın məlumatına görə, həmin əmlakların siyahısını təqdim edirik: Şıxəliyeva Aybəniz Qinyaz qızı və Müslümova Zinhar Şirqasım qızına məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 39a ünvanında yerləşən daşınmaz əmlak;
Şıxəliyeva Aybəniz Qinyaz qızına məxsus Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, 7 saylı binanın 40 saylı mənzili;
Şıxəliyev Elgün Mövlam oğluna məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 96 saylı binanın 37 saylı mənzili;
Şıxəliyev Elgün Mövlam oğluna məxsus İsmayıllı rayonu, İstisu kəndində yerləşən daşınmaz əmlak;
Həbsdən azad olunmuş əmlakların ümumi məbləği 2 milyon manata yaxın qiymətləndirilir.