Yol tikintisinə 9,5 milyon manat ayrıldı - Sərəncam

16:04 - 20.09.2022


20 sentyabr, Fineko/abc.az. Prezident İlham Əliyev yol tikintisini tamamlamaq üçün sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, dövlət başçısı yeddi min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolunun əsaslı təmirinin başa çatdırılması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 9,5 milyon manat ayırıb.