11:20 - 16.09.2022
16 sentyabr, Fineko/abc.az. 2022-ci ilin 8 ayı ərzində (yanvar-avqust) Azərbaycana 657 milyon 980 min dollar dəyərində 49 min 245 ədəd nəqliyyat vasitəsi idxal edilib.
Dövlət Gömrük Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, nəqliyyat vasitələrinin idxalı ötən ilin eyni dövrü ilə müqayisədə, say ifadəsilə 7 min 116 ədəd və ya 12,6% azalıb, dəyər ifadəsilə 86 milyon 222 min dollar və ya 15% artıb.
Qeyd edək ki, 2021-ci ilin 8 ayında Azərbaycana 571 milyon 758 min dollar dəyərində 56 min 361 ədəd nəqliyyat vasitəsi idxal edilmişdi.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026