15:13 - 15.09.2022
15 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 79,5 mln. ton yük daşınıb.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a verilən məlumata görə, sözügedən dövrdə avtomobil nəqliyyatı ilə 892,2 mln. sərnişin daşınıb.
Beləliklə də əvvəlki ilin eyni dövrü ilə müqayisədə daşımalar üzrə müvafiq olaraq 11,8 faiz və 25,0 faiz artım qeydə alınıb.
“Sərnişinlərin 94,1%-i avtobus, 5,9%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib”, məlumatda qeyd olunur.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026