16:31 - 9.09.2022
9 sentyabr, Fineko/abc.az. “Olympus Park” tikinti şirkətinin Xətai rayonunda “Lider” idman klubunu sökməsi, yerində bina inşa etməsi ilə bağlı yaranan problemə görə məhkəmə çəkişmələri uzun müddətdir davam edir.
ABC.AZ index-ə istinadən xəbər verir ki, məhkəmə sökülən obyektin qiymətləndirilməsi üçün ekspertiza təyin etmişdi.
Ekspertizanın rəyi olduqca ilgincdir. Xatırladaq ki, “Olympus Park” tikinti şirkətinin Xətai rayonunda “Lider” idman klubunu sökməsi, yerində bina inşa etməsi ilə bağlı yaranan problemə görə cinayət işi açılıb, daha sonra cinayət işinə xitam verilib. Zərərçəkmişə 162 min manat ödənilməsi barədə qərar çıxarılsa da, klubun rəhbəri İlham Sərdarov bununla razılaşmır. O deyir ki, təkcə uçqunun altında qalan idman avadanlıqlarının qiyməti 162 min manatdır. Bu işlə bağlı son olaraq Bakı Kommersiya Məhkəməsində hakim Leyla Əliyevanın sədrliyi ilə araşdırılan məhkəmə iclasında qərar qəbul olunub ki, dağıdılan əmlakın qiymətləndirilməsi üçün ekspertiza təyin edilsin. Ekspertizanın keçirilməsi “Əmlak Ekspert Mərkəzi” MMC-yə tapşırılıb.
Zərərçəkmiş tərəf isə müstəqil “Legitim Qiymətləndirmə və Consulting” MMC-yə müraciət edərək dağıdılmış əmlakı qiymətləndirib. MMC idman klubunun dağıdılması nəticəsində dəymiş zərərin təxmini bazar qiymətini 1.425.000 manat olaraq qiymətləndirib.
4 Avqust 2026
4 Avqust 2026