Azərbaycanda hibrid avtomobilləri artıb

10:02 - 8.09.2022


8 sentyabr, Fineko/abc.az. Bir sıra maliyyə güzəştlərinin tətbiqi nəticəsində ölkəmizdə ekoloji təmiz nəqliyyat vasitələrinin sayında artım olub.

ABC.AZ xəbər verir ki, ETSN-in Ekoloji Siyasət Şöbəsinin müdiri Faiq Mütəllimov bildirib ki, 2022-ci ilin 8 ayı ərzində ölkə ərazisinə idxal olunan avtomobillərin 8 201 ədədini, yəni təxminən 18 faizini hibrid nəqliyyat vasitələri təşkil edib.

Bu il ərzində idxal olunan hibrid nəqliyyat vasitələri ötən il ilə müqayisədə 958 ədəd (13 faiz) çox olub. Elektrik mühərrikli nəqliyyat vasitələri isə 215 ədəd, yəni 2021-ci il ilə müqayisədə təxminən 4,5 dəfə çox idxal olunub.