"Uber" və "Bolt" sürücülərin pulunu ödəmir?

11:22 - 7.09.2022


7 sentyabr, Fineko/abc.az. "Uber" və "Bolt" taksi sürücülərini çətin vəziyyətə salıb.

ABC.AZ Bizimxeber-ə istinadən xəbər verir ki, bir neçə aydın sözügedən şirkətlər kartla edilən ödəmələri sürücülərə qaytarmır.

Şirkətlər sürücünün halal haqqı olan pulu benzin kuponu ilə əvəzləyir. Sürücülər bildirir ki, bu da onlara sərf etmir.

Ən maraqlısı odur ki, "Uber" və "Bolt"un verdiyi elektron benzin kuponları yalnız "Azpetrol" yanacaqdoldurma məntəqələrində keçərdlidir.

Niyə məhz "Azpetrol"?

"Uber", "Bolt" və "Azpetrol" şirkətlərinin bu işdə hansı marağı var?

Baş verənlərlə bağlı "Uber" və "Bolt" şirkətinin Azərbaycan nümayəndəliyi ilə əlaqə saxlamaq mümkün olmadı.