17:02 - 5.09.2022
5 sentyabr, Fineko/abc.az. Bildiyiniz kimi sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəməsi davam edir.
ABC.AZ xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin növbəti iclasda ittiham aktının elanı yekunlaşıb. Məlum olub ki, eks-nazir tərəfindən rüşvət qismində alınmış, mənimsənilmiş və israf edilmiş pulların ümumi həcmi 27 milyon manatdır.
Məhkəmədə S.Müslümova izah olunub ki, törətdiyi əməllərə görə, ona maksimum 20 il müddətə azadlıqdan məhrumetmə cəzası verilə bilər.
Hakimin “ittiham üzrə özünüzü təqsirli bilirsinizmi?” sualına Səlim Müslümov, “bəli, tam təqsirli bilirəm” deyərək cavab verib: “Sadəcə olaraq, ittiham aktında göstərilmiş mənimsənilən pulların mənim tərəfimdən mənimsənilməsi ilə bağlı hissə ilə razı deyiləm. Lakin hazırkı mərhələdə ifadə vermək istəmirəm”.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026