Bu sektorun çöküşü çox uzaqda deyil - Ekspert

14:44 - 5.09.2022


5 sentyabr, Fineko/abc.az. "Bu il dərslər başladıqdan (cəmi bir həftədən) sonra paytaxt Bakının küçələrində son illər rast gəlmədiyimiz tıxaclara şahidlik edəcəyik".

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu nəqliyyat sahəsi üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib.

O qeyd edib ki, bunun müxtəlif səbəbləri var.

Ekspert vurğulayıb ki, paytaxtın ictimai nəqliyyatının bel sütunu olan avtobuslarla sərnişin daşıma çox ciddi iqtisadi, texniki və təşkilati böhran yaşayır:

"Belə davam etsə, dövlətin ciddi dəstəyi və müadxiləsi olmasa, bu sektorun çöküşü çox uzaqda deyil".