17:23 - 2.09.2022
2 sentyabr, Fineko/abc.az. İsveçin Volvo Cars şirkətinin avqust ayı satışlarının azaldığı məlum olub.
ABC.AZ-ın məlumatına görə, satışların illik müqayisədə 4,6% azaldığı 43 666 avtomobilə düşdüyünü bildirilir.
Məlumata görə, avtomobillərə tələb yaxşı olaraq qalıb.
"Lakin istehsal komponent çatışmazlığı, eləcə də Çində elektrik kəsilməsi və COVID-19 epidemiyası səbəbindən zərər görüb. Həmçinin satışlar da azalıb", - deyə şirkətin açıqlamasında bildirilib.
Müəllif: Elmir Murad