10:15 - 2.09.2022
2 sentyabr, Fineko/abc.az. “Silk Way Holding” MMC-nin törəmə aviaşirkəti “Silk Vey Vest Aviaşirkəti” MMC (Silk Way West ) 2022-ci ilin ilk yarısında böyük mənfəət əldə etdiyini açıqladı.
ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, bu barədə aviaşirkətin yarımillik maliyyə hesabatında bildirilir.
2022-ci ilin yanvar-iyun ayları ərzində 1 milyard 784.96 milyon manatlıq gəlir əldə etmiş, 987.33 mln. manat xərci olub. Bu da onun əməliyyatını 805.78 milyon manat mənfəətli edib.
“Silk Vey Vest Aviaşirkəti” hesabat müddətində 165.83 mln. manatlıq mənfəət vergisi ödəmiş və beləliklə, yarımildə onun xalis mənfəəti 602.31 mln. manat təşkil edib.
Aviaşirkət yarımillik hesabatə öncəki illərdə təqdim etmədiyi üçün statistik göstəriciləri müqayisə etməyi mümkünsüz edir, lakin 2021-ci il üzrə hesabatında 920.23 milyon manatlıq xalis mənfəət etmişdi.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026