15:47 - 31.08.2022
31 avqust, Fineko/abc.az. "Azərbaycan Dəmir Yolları" QSC Sumqayıt dəmiryol vağzalında avtomobillərin parklanmasını ödənişli edib.
Azərbaycan Dəmir Yollarından ABC.AZ-a daxil olan məlumata görə, parklanma ərazisi yerüstü və yeraltı olmaqla 2 hissədən ibarətdir.
Ərazidə eyni anda 120 avtomobilin durması üçün şərait yaradılıb. Yerüstü parklanmada 75, yeraltı parklanmada isə 45 avtomobil üçün yerlər ayrılıb. Yerüstü dayanacaqlarda 12 saat üçün durma haqqı 50 qəpikdir. Yeraltı dayanacaqlarda 12 saatlıq durma haqqı 1 AZN -dir.
Ödənişlər yalnız ADY-nin keçid kartları vasitəsilə həyata keçirilir. 12 saatdan sonrakı hər 3 saatadək əlavə durmaya görə müvafiq ödəniş tələb olunur. Yəni yerüstü parklanmada əlavə 50 qəpik, yeraltı parklanmada isə əlavə 1 AZN ödənilir.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026