17:05 - 30.08.2022
30 avqust, Fineko/abc.az. Dövlət Gömrük Komitəsində daha bir anti-korrupsiya əməliyyatı keçirilib.
ABC.AZ Oxu.az-a istinadən xəbər verir ki, budəfəki əməliyyatı DTX ilə birlikdə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi keçirib.
Bu saatlarda keçirilən əməliyyat Cənub Ərazi Baş Gömrük İdarəsindəki Azterminal Birliyinin SDK Gömrük Postunda keçirilib. Tutulanlar barədə hələlik məlumat yoxdur.