Nazirlik 547 919 manatlıq geyim alır - Bu şirkət qalib seçildi

15:56 - 30.08.2022


30 avqust, Fineko/abc.az. Ədliyyə Nazirliyi struktur qurumlarının ədliyyə işçilərinə xüsusi geyim formalarının satınalınması üzrə tenderin qalibini açıqlayıb.

ABC.AZ xəbər verir ki,  547 919 manatlıq tenderin qalibi Evim Textil MMC-i seçilib. Xatırladaq ki, Evim Textil MMC bundan əvvəl İqtisadiyyat Nazirliyinin xüsusi geyim vasitələrinin satınalınması üzrə 820 502 manatlıq tenderini qazanıb (24.11.2021).