12:00 - 30.08.2022
30 avqust, Fineko/abc.az. Bu gün Moskvada Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli dövlət komissiyasının ikinci görüşünün keçirilməsi gözlənilir.
ABC.AZ xəbər verir ki, bu barədə məlumatı Ermənistan mediası yayıb.
Qeyd edək ki, komissiyanın Azərbaycan tərəfdən həmsədri Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevdir.
24 may 2022-ci il tarixində, əldə edilmiş razılaşmaların həyata keçirilməsi çərçivəsində və iki ölkənin müvafiq sərəncamları əsasında Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan arasında Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində komissiya çərçivəsində ilk görüş keçirilib.