11:47 - 30.08.2022
30 avqust, Fineko/abc.az. “McLaren Speedtail” hiperkarının son nüsxəsi satışa çıxarılıb.
ABC.AZ xarici mediaya istinadən xəbər verir ki, avtomobili “Canepa” diler mərkəzi təqdim edib. Avtomobil məşhur amerikalı yarış avtomobili pilotu və kolleksiyaçısı Bryus Kanepa tərəfindən sifariş edilib.
Avtomobilin xarici dekorasiyası incə karbon lifindən hazırlanıb. Hiperkarın hələ ki, satış qiyməti açıqlanmır.
Qeyd edək ki, “Speedtail” markanın ən sürətli modelidir. Hiperkarın maksimum sürəti saatda 403 kilometrdir və bu, bir illik sınaq proqramı çərçivəsində bir sıra yarışlarda təsdiqlənib.
Müəllif: Elmir Murad
18 Avqust 2026