Dövlət Vergi Xidməti "Profco” MMC-ni məhkəməyə verib

11:23 - 30.08.2022


30 avqust, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi "Profco” MMC-ni məhkəməyə verib.

ABC.AZ "Qaynarinfo"ya istinadən xəbər verir ki, iş hazırda apellyasiya mərhələsindədir. Proses Bakı Apellyasiya Məhkəməsinin hakimi Aidə Hüseynin sədrliyi ilə keçiriləcək. İşin mahiyyəti öhdəliklər üzrə mübahisələrlə bağlıdır.

"Profco” MMC 14 dekabr 2005-c ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Ələkbərov Rəşad Böyükağa oğludur. Şirkət barəsində mediada çoxsaylı tənqidi materiallara rast gəlinir. Həmin materiallarda "Profco” MMC-nin təbiətə, eyni zamanda yaşayış yerlərinə ziyan vurması barədə faktlar əks olunub. Araşdırmalarımız zamanı o da məlum olub ki, "Profco” MMC-nin hazırda 34 744.88 AZN borcu var.