Laçın hava limanı belə olacaq - Fotolar

11:43 - 29.08.2022


29 avqust, Fineko/abc.az. Sosial şəbəkələrdə Azərbaycanın Laçın rayonunda tikilən yeni hava limanının maketinin görüntüləri yayılıb.

ABC.AZ-ın məlumatına görə, paylaşılan fotolarda hava limanının dispetçer qülləsi, əsas terminal binası, dayanacaq və uçuş-enmə zolağı görünür.

Qeyd edək ki, aeroportun tikintisinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.