Məşhur şirkətlər müştərək elektromobillər istehsal edəcək

10:42 - 29.08.2022


29 avqust, Fineko/abc.az. Yaponiyanın “Suzuki” və “Toyota” şirkətləri müştərək işə başlayır.

ABC.AZ-ın xarici mətbuata istinadən məlumatına görə, adıçəkilən şirkətlər yeni müştərək elektromobillər istehsal edəcək.

Məlumata görə, hazırda hər iki avtomobil istehsalçısı gələcək model üçün əsas olacaq kompakt elektromobillər üçün vahid platforma üzərində işləyirlər.

Söhbətin kiçik krossoverlərdən gedir. Yaponiya şirkətləri bununla Hindistanın “Tata Motors” konserni ilə rəqabət aparmaq niyyətindədirlər.

Qeyd edək ki, həmin şirkət də elektromobillərin istehsalını artırmaq qərarına gəlib.