10:16 - 29.08.2022
29 avqust, Fineko/abc.az. Avtobus dayanacaqlarında ödəmə terminallarının yeri var, özü isə yoxdur.
Bu mənzərəni paytaxtın demək olar ki, bütün dayanacaqlarında müşahidə etmək olar. Elə çəkiliş aparılan bir neçə məkanda da bunu əyani şəkildə görünür.
ABC.AZ XəzərXəbər-ə istinadən xəbər verir ki, paytaxtın Nəsimi, Səbail, Nizami, Suraxanı və Xətai rayonlarında olan dayanacaqların bir neçəsində sadəcə olaraq ödəmə terminallarından sonra geriyə naqillər qalıb.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agetliyinin mətbuat katibi Mayis Ağayev bildirib ki, bu aparatlar yığışdırılsa da, paytaxt sakinləri üçün daha rahat ödəmə üsulları var.
"BakıKart"ın saytına daxil olmaqla da balansı onlayn qaydada artırmaq mümkündür.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026