11:00 - 26.08.2022
26 avqust, Fineko/abc.az. Rusiya Ukraynaya ilə müharibəyə başladıqdan sonra 2022-ci ilin fevralından indiyədək ölkədə paltar və ayaqqabı satışı kəskin azalıb.
ABC.AZ xəbər verir ki, bu barədə "Forbes" məlumat verib. Rusiyaya qarşı xarici sanksiyaların tətbiq edilməsindən sonra ölkədə 100-dən çox xarici brend fəaliyyətini dayandırıb. Nəticədə satışa təklif olunan paltar və ayaqqabı həcmi 30%-dən çox azalıb. Müharibənin başladığı fevralın 24-dən sonra ölkədə Zara, Massimo Dutti və başqa brendləri təqdim edən Inditex, eləcə də H&M, Uniqlo, Adidas və başqa şirkətlər fəaliyyətlərini dayandırıblar.
Müəllif: Elmir Murad
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026