17:28 - 25.08.2022
25 avqust, Fineko/abc.az. “Bakı Metropoliteni” QSC-nin tikintisi yekunlaşan, şərti adı “Xocəsən” olan stansiyasına rəis təyin edilib.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bununla bağlı səhmdar cəmiyyətinin rəisi Zaur Hüseynov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, sözügedən vəzifə Seyfulla Vəliyevə həvalə olunub.
O, bundan əvvəl “Nəriman Nərimanov” metrostansiyasının rəisi olub.
S.Vəliyevin yerinə isə təyinat olmayıb və burada rəis vəzifəsinin icrası müvəqqəti olaraq rəis müavininə tapşırılıb.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026