14:53 - 25.08.2022
25 avqust, Fineko/abc.az. Zəngilan beynəlxalq hava limanında uçuşların radiotexniki təminatı vasitələrinin uçuş yoxlamalarına başlanılıb.
ABC.AZ xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları"nın mətbuat xidmətinin yaydığı məlumatda bildirilirəb.
Qeyd olunub ki, uçuş yoxlaması ATR 42-500 biznes-sinif təyyarəsinin göyərtəsində quraşdırılmış tam avtomatlaşdırılmış Aerodata AD-FIS-112 kompleksindən istifadə edilməklə həyata keçirilir.
Qeyd edək ki, AFİS (Aero Flight Inspection System) hava limanlarında enmə vasitələrinin və yerüstü radionaviqasiya sistemlərinin yoxlanılması üçün tətbiq olunan tam avtomatik müasir uçuş nəzarəti sistemidir.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026