İlham Əliyev Qazaxıstanın ali ordeni ilə təltif olundu

14:09 - 24.08.2022


24 avqust, Fineko/abc.az. Bildiyiniz kimi Avqustun 24-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Bakıya rəsmi səfərə gəlib.

ABC.AZ-ın məlumatına görə, səfər çərçivəsində Azərbaycan  Prezidenti İlham Əliyevə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən Qazaxıstanın “Altın Kıran” – “Qızıl qartal” ali ordeni təqdim olunub.

Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.