10:31 - 29.05.2018
29 may, Fineko/abc.az. Bu gün Bakıda Səngəçal terminalının ərazisində “Cənub qaz dəhlizi” layihəsinin açılış mərasimi keçirilir.
Açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev iştirak edir.
“Cənub Qaz Dəhlizi” Cənubi Qafqaz qaz boru kəmərinin (Bakı-Tbilisi-Ərzurum) genişləndirilməsi layihəsi, həmçinin Türkiyədə TANAP qaz kəmərinin tikintisini və Avropada TAP qaz kəmərinin genişləndirilməsi layihəsidir. Əsas məqsədi Avropaya qaz tədarükünün təhlükəsizliyinin artırılmasından ibarət olan layihənin uzunluğu 3,500 km təşkil edir.
29 İyul 2026
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026