11:38 - 28.07.2022
28 iyul, Fineko/abc.az. "Meta" şirkəti 2022-ci ilin aprel-iyun dövrü üzrə balans hesabatını açıqlayıb.
ABC.AZ-ın məlumatına görə, “Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi “Meta”nın gəliri bu ilin ikinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalıb.
Şirkətin bu ilin ikinci rübündəki gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 1% azalaraq 28,8 milyard dollara düşüb.
Qeyd edək ki, Meta 2021-ci ilin ikinci rübündə 29,1 milyard dollar gəlir əldə etmişdi.