14:46 - 25.07.2022
25 iyul, Fineko/abc.az. Zəngilanda tikilməkdə olan yeni hava limanı üç hərfli beynəlxalq ZZE kodunu alıb.
ABC.AZ-ın məlumatına görə, müvafiq Qətnamə IATA Sərnişin Xidmətləri Konfransı tərəfindən qəbul edilib.
Təyin edilmiş unikal kod şəhərin (Zəngilan) və onun yerləşdiyi rayonun (Şərqi Zəngəzur) adlarından istifadə etməklə formalaşır.
Üç hərfli IATA aeroport kodu sərnişin və yüklərin hava daşımalarının kommersiya təşkili üçün istifadə olunur.
Beynəlxalq bronlaşdırma üçün və aerovağzal komplekslərinin yerüstü xidmətlərinin işində, yəni beynəlxalq aviabiletlərin satış sistemlərində, uçuş cədvəllərində, aviasiya rabitəsində və s.
Qeyd edək ki, Zəngilan beynəlxalq hava limanında tikinti işlərinin bu ilin sentyabrında başa çatdırılması planlaşdırılır.