Asiya Bankı Azərbaycanın inflyasiya proqnozunu artırıb

12:02 - 21.07.2022


21 iyul, Fineko/abc.az. Asiya İnkişaf Bankı (ADB) Qafqaz və Mərkəzi Asiya regionu üzrə inflyasiya proqnozunu bu il üçün 2,5 faiz bəndi artıraraq 8,8 %-dən 11,3 %-ə çatdırıb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə ADB-nin “Asian Development Outlook-2022” iyul hesabatında bildirilib.

Sənədə əsasən, bank gələn il üçün regionda inflyasiya proqnozunu 1 faiz bəndi artıraraq 7,1 %-dən 8,1 %-ə yüksəldib. "Qlobal əmtəə qiymətlərinin daha da artması və Ukraynadakı müharibə səbəbindən və tədarük zəncirinin pozulması subregionda onsuzda mövcud olan inflyasiya təzyiqlərini artırıb. Azərbaycan, Gürcüstan, Qazaxıstan və Özbəkistan üçün inflyasiya proqnozları artırılıb.