AMB bu gün qısamüddətli notlar yerləşdirdi

17:32 - 23.05.2018


23 may, Fineko/abc.az. Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) qısamüddətli istiqrazların yerləşdirilməsi üzrə  hərrac keçirib.

Bakı Fond Birjası xəbər verir ki, mayın 23-də AMB hərracda 50102067S nömrəli, 300 milyon manat həcmində, 28 gün müddətinə notlar təklif etmişdir.

17 investordan  535 milyon 663,4 min manat məbləğində 27 sifariş daxil olmuşdur. İnvestorlar notlar üçün 99,3812 manat (gəlirlik 8,01%) təklif etmişlər.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 99,3812 manat (gəlirlik 8,01%) səviyyəsində müəyyən edilmişdir. Nəticədə 300 milyon manat həcmində qısamüddətli notlar yerləşdirilmişdir.

İstiqrazların ödəmə tarixi: 20 iyun 2018-ci il.