10:21 - 21.07.2022
21 iyul, Fineko/abc.az. Rusiyanın “IrAero” şirkəti avqustun 1-dən Novosibirsk–Bakı– Novosibirsk marşrutu üzrə həftəlik uçuşların sayını 1-dən 5-ə çatdıracaq.
ABC.AZ Report-a istinadən xəbər verir ki, aviareyslər həftənin bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə və bazar günləri "Superjet-100" markalı təyyarələrilə həyata keçiriləcək.
Bir tərəfli biletin qiyməti 17 min rubldur (təxminən 510 manat).
“IrAero" bu uçuşlarla Novosibirskdən beynəlxalq uçuşlar proqramını əhəmiyyətli dərəcədə genişləndirir", - deyə aviaşirkətin mətbuat katibi Nikolay Bessonov bildirib.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026